Hövsanda açıq ərazidə yanğın - Yenilənib

hovsanda-aciq-erazide-yangin
Oxunma sayı: 962

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Hövsan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən tam söndürülüb.