“Hyundai” “ISUZU” ilə toqquşdu - 4 nəfər xəsarət aldı

hyundai-isuzu-ile-toqqusdu
Oxunma sayı: 414

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili qarşıdan gələn “ISUZU” markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən yük avtomobili aşıb, “Hyundai” isə yoldan çıxaraq yol kənarına düşüb.

Qəza zamanı “Hyundai”də olan 4 nəfər – sürücü, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Rəhimov Göyüş Tahir oğlu, sərnişinlər – 1958-ci il təvəllüdlü Abdullayeva Gülsənəm Abı qızı, 1986-cı il təvəllüdlü Abdullayeva Sevda Adil qızı və 2003-cü il təvəllüdlü Bayramlı Vüqar Cövdəd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı