İbrahim Tatlıses qəzaya düşdü - Video + Yenilənib

ibrahim-tatlises-qezaya-dusdu
Oxunma sayı: 10577

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses 9 yaşlı qızı Elif Ada ilə Bodrumda yol qəzasına düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Nəticədə 70 yaşlı müğənni xəsarət alıb.

Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

***

İbrahim Tatlısesin keçmiş xanımı, Elif Adanın anası Ayşegül Yıldız “2-ci Sayfa”ya açıqlama verib. O, qəza zamanı qızının avtomobildə olmadığını bildirib: “İbrahim bəylə az öncə telefonla danışdım, çox şükür, yaxşıdır. Qızım Elif Adanı Bodrumda xalasının yanında qoyub İstanbula qayıtmışdım. Qəza xəbərini eşitdikdə ömrümdən ömür getdi. Çox şükür, qızım avtomobildə olmayıb”.

***

İbrahim Tatlısesin qəza xəbərini alar-almaz hadisə yerinə ilk yetişən şəxs müğənninin övladlıqdan çıxardığı oğlu Ahmet olub. Daha sonra digər oğlu İdo da oraya gəlib.

***

Tatlısəs digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.