İcra başçısı və müavini də saxlanıldı

icra-bascisi-ve-muavini-de-saxlanildi
Oxunma sayı: 22591

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Ceyhun Cəfərovla birgə birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.