Laçın rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Manafov Niftalı Möhübbət oğlu Bakı şəhərində qardaşının evində dünyasını dəyişib.
Məlumata görə, Laçın rayonunun Xaçınyalı kəndindən olan Niftalı Manafovun ölümünə beyin insultu səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər