Gəncədə idarəetməni itirən sürücü “Mercedes” markalı avtomobili ağaca çırpıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər