İkardi 11 yaşlı qızına xəsarət yetirməkdə ittiham olunur

ikardi-11-yasli-qizina-xesaret-yetirmekde-ittiham-olunur
Oxunma sayı: 192

Argentina millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardi 11 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 6-da Buenos-Ayres yaxınlığındakı La İsla yaşayış kompleksində baş verib. İddiaya görə, 33 yaşlı futbolçu ilə 11 yaşlı qızı Françeska arasında mübahisə uşağın bir oğlanla münasibət saxlaması səbəbindən yaranıb.

Nəşr yazır ki, mübahisə zamanı azyaşlı anası Vanda Naraya kömək istəyən mesajlar göndərib. Bundan sonra Nara polisə müraciət edib. Uşaq isə evdən çıxaraq anasının yanına gedib. Hadisə ilə bağlı prokuror Xulio Petruççinin rəhbərliyi altında araşdırma başlanılıb. Azyaşlının məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə qərar verilib.

Noyabrın 12-də İkardi vəkilləri ilə birlikdə Tiqre prokurorluğuna gedərək ifadə verib. Futbolçu ittihamları qətiyyətlə rədd edib. O bildirib ki, dayə, ev işçisi və hadisə yerinə gələn polis əməkdaşları onun xeyrinə ifadə verə bilərlər. İkardinin vəkilləri də istintaqın hadisənin birtərəfli təsvirinə əsaslandığını iddia edərək futbolçuya bərabər münasibət göstərilməsini tələb ediblər.

Qeyd edək ki, 2023-cü ildən “Qalatasaray”da çıxış edən İkardi ötən yay İstanbul klubundan ayrılıb və hazırda azad agent statusundadır.