70 yaşlı Xalq artisti Şamil Süleymanovun səhhətində problem yaranıb.
“Qafqazinfo” sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.
Xalq artisti bildirib ki, hazırda hər şey qaydasındadır:
“Klinikada bütün heyət, həkimlər mənimlə yaxından maraqlandı, diqqət göstərdilər. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Sən demə, analizimin cavabında qanımda şəkərin miqdarının çox yüksək olduğu bilinibmiş. Məni xəstəxanaya yerləşdirdilər. Səbəbini tapdılar, bütün bunlar yorğunluqdan yaranıb. İki gün müalicə aldım, hazırda evdəyəm və hər şey yaxşıdır”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər