Tanınmış rejissor Ceyms Kemeronun “Avatar: Od və kül” filmi ekranlara çıxdığı iki həftə ərzində 1 milyard dollar gəlir əldə edib.
“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, film ABŞ-də 306 milyon dollar, beynəlxalq bazarlarda isə 777,1 milyon dollar qazanıb.
Bu göstəricidə film franşizanın əvvəlki iki filmini arxada qoymağı bacarıb. Belə ki, 2009-cu ildə çəkilmiş “Avatar” filmi 17 gün ərzində, 2022-ci ildə ekranlara çıxmış “Avatar: Suyun yolu” filmi isə 14 gün ərzində 1 milyard dollar gəlir gətirmişdi. Hər iki film bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında yer alır.
Qeyd edək ki, Keyt Uinslet, Kliff Körtis, Cek Çempion, Coel Devid Mur kimi aktyorların rol aldığı filmin dünya premyerası dekabrın 19-u baş tutub.
Son xəbərlər
Son Xəbərlər