İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı - Video

iki-neferin-olduyu-seki-yaylasi-istirahet-merkezi-baglandi
Oxunma sayı: 637

2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamilə dayandırılıb. 

“Ola bilsin ki, ilin sonunda açılar”, - deyə o vurğulayıb.

Qonaqların xəbərdar olması, kənd və dağ dolaylarındakı yolları gəlib qayıtmaması üçün “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması haqda Şəki-Qaraməryəm Bakı magistral yoluna da xüsusi lövhə quraşdırılıb.

Daha ətraflı “Xəzər TV”nin süjetində: