İlham Əliyev bu səfirləri vəzifələrindən geri çağırdı - Yeni təyinatlar

ilham-eliyev-bu-sefirleri-vezifelerinden-geri-cagirdi
Oxunma sayı: 9830

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Fotoda Mahir Əliyev

***

Dövlət başçısının digər sərəncamı ilə Fikrət Fərman oğlu Axundov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin başqa bir sərəncamına əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Fotoda Rəhman Mustafayev

Digər bir sərəncamla Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, mərhum Xalq artisti Amaliya Pənahovanın oğludur. İ. Muxtarov daha əvvəl  Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.