İlham Əliyev finlandiyalı həmkarı ilə də görüşdü - Fotolar+Video

ilham-eliyev-finlandiyali-hemkari-ile-de-gorusdu
Oxunma sayı: 561

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya lideri Aleksandr Stubb ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlandı, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.