İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - Fotolar+Video

ilham-eliyevin-qirgizistana-seferi-basa-catdi
Oxunma sayı: 2567

Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.