İlham Əliyevlə gənc ailə başçısının söhbəti - “İşin var?”

ilham-eliyevle-genc-aile-bascisinin-sohbeti
Oxunma sayı: 618

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu gün Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

“Qafqazinfo”nun məlumatına görə, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evinə baş çəkiblər.

Prezident burada məskunlaşan sakinlərin işlə təmin olunması ilə maraqlanıb.

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Salam. Çox yaxşıdır.

Prezident İlham Əliyev: İşin var?

Sakin: Təmin ediblər.

Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.

Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.

Prezident İlham Əliyev: Bəli, müəssisələr çoxdur. Məktəb də var. Müəllimlər necədir?

Digər nümayəndə: Biz 110 ailəni köçürəndən sonra müəllim kontingenti buraya yığılacaq. Çünki az əhali ilə aça bilmirik. Novruz bayramına qədər buraya 110 ailəni köçürəcəyik. Evlər hamısı hazırdır.