“İlin idmançısı” mükafatına onlar layiq görüldü

ilin-idmancisi-mukafatina-onlar-layiq-goruldu
Oxunma sayı: 2192

Yeddi qat Olimpiya çempionu, idman gimnastikası üzrə 23 qat dünya çempionu, amerikalı Simona Bayls “Laureus World Sports Awards – 2025”ə görə “İlin idmançısı” olub.

“Qafqazinfo” xəbər verir ki, 25-ci mükafatlandırma mərasimi aprelin 21-də Madriddə baş tutub.

Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu və dünya rekordçusu isveçli Armand Duplantis isə kişilər arasında “İlin idmançısı” mükafatına layiq görülüb.

Qeyd edək ki, Laureus nominasiya siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman media orqanının səsverməsi ilə formalaşır.