İlk dəfə bu vəzifəyə qadın seçildi

ilk-defe-bu-vezifeye-qadin-secildi
Oxunma sayı: 2088

Kenterberinin yeni arxiyepiskopu - Böyük Britaniyadakı İngiltərə Kilsəsinin ruhani rəhbəri və bütün dünyada Anqlikan Birliyinin lideri ilk dəfə qadın seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Böyük Britaniyanın Baş naziri Kir Starmerin oktyabrın 3-də hökumətin saytında dərc edilmiş bəyanatında qeyd edilib.

Belə ki, 63 yaşlı Sara Mullali bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Mullali Kanterberinin 106-cı arxiyepiskopudur. O, ixtisaslı tibb bacısıdır və beş il Səhiyyə Nazirliyində işləyib.

Onun sələfi, 2013-cü ildən kilsəyə rəhbərlik edən 69 yaşlı Castin Uelbi 2024-cü ilin noyabrında istefa verib.