Vatikan tarixində ilk dəfə olaraq “Oskar” mükafatına namizədlik üçün film təqdim edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Vatikanın Kommunikasiya Departamentinin rəhbəri Paolo Ruffiniyə istinadən “Variety” nəşri məlumat yayıb.
Rejissorları Lia Beltrami və Ali Aksu olan, həmçinin Vatikanın iştirakı ilə istehsal edilmiş 39 dəqiqəlik “Green lava” sənədli filmi Akademiya Mükafatları müsabiqəsində ölkəni rəsmi şəkildə təmsil etməyəcək.
Belə ki, “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasından fərqli olaraq, qısametrajlı film kateqoriyasında hökumət və ya milli seçim komitəsi tərəfindən rəsmi təqdimat və ya təsdiq tələb olunmur.
Son xəbərlər
Son Xəbərlər