Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunun “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, artıq çempionatın gümüş medallarını təmin etmiş Ağdam təmsilçisinin bu oyun üçün start heyəti açıqlanıb.
Baş məşqçi Qurban Qurbanovun seçdiyi heyətdə diqqətçəkən məqam gənc futbolçular Məhəmməd İmaməliyev və Bəhruz Qurbanlı ilə bağlıdır. Belə ki, adı ilk 11-liyə daxil edilən futbolçular karyeralarında ilk dəfə “Köhlən atlar”ın heyətində rəsmi matçda meydana çıxacaqlar.
Qeyd edək ki, oyun saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.
Son xəbərlər
Son Xəbərlər