Konqonun Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb:
“Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə biz nəticələr əldə etməliyik”.