İspaniyalı gənc futbolçu İbay Aqirre məhəlləsində coşqu ilə qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun komandası “Real Sosyedad”ın heyətində ilk oyununu keçirməsidir.
Belə ki, o, La Liqanın 30-cu turunda “Levante”yə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana daxil olub. İbay Aqirre 85-ci dəqiqədə əvəzetmədən oyuna girib.
Matçdan sonra isə 19 yaşlı yarımmüdafiəçi məhəlləsinə qayıdıb və orada atəşfəşanlıqla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər