İllər sonra səhnəyə qayıdır - Fotolar

iller-sonra-sehneye-qayidir
Oxunma sayı: 1634

Məşhur amerikalı müğənni Demi Lovato 4 ildən sonra yenidən böyük konsert turuna çıxacağını açıqlayıb.

“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, müğənni “It's Not That Deep Tour” adlı tur çərçivəsində pərəstişkarları ilə görüşəcəyini bildirib.

Lovato qeyd edib ki, səhnəyə qayıtmaq onun üçün həyəcanverici qərardır. O, xüsusilə yeni mahnısı “Sorry to Myself”i canlı ifa etməyə səbirsizləndiyini deyib.

Müğənni bildirib ki, uzun müddət turdan uzaq qalmasının səbəbi şəxsi və psixoloji məsələlərlə bağlı olub.

Turneyin apreldə başlaması planlaşdırılır.