“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Tvitterdə paylaşım edib.
“Mən Vladimir Putini tək döyüşə çağırıram”, - Mask yazıb.
Başqa bir tvitində o, Putinin rəsmi Twitter hesabını işarələyərək yazıb: “Bu mübarizəyə razısınızmı?”
Xatırladaq ki, Ukrayna Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixail Fedorov “SpaceX”in baş direktoru İlon Maskdan Ukraynaya “Starlink” stansiyaları və peyk internetə çıxışı təmin etməyi xahiş etmişdi.
Mask isə Tvitterdə çağırışa cavab verərək Ukrayna üçün “Starlink” peyklərinin işə salındığını və daha çox kanal açılacağını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər