İmişli rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, bədbəxt hadisə axşam saatlarında Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 11-ci sinif şagirdi T. Mirişov naməlum şəraitdə çaya düşüb. Yeniyetmənin suda boğulduğu bildirilir.
Hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Hazırda onun meyitinin aşkar edilərək sudan çıxarılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər