Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
“Qafqazinfo” xəbər verir ki, belə tədbilərdən biri sentyabrın 23-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasıdır.
Aksiyada İmişli RİH başçısı Elçin Rzayev, icra Aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin aidiyyəti xidmət təşkilatlarının işçiləri iştirak ediblər.
Tədbir çərçivəsində İmişli şəhərinin Bayraq Meydanı ətrafında 50-dən artıq müxtəlif növ ağac əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, mövcud ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, bu cür aksiyalar şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlıqlarını gənc nəsillərə örnək göstərmək məqsədini daşıyır.









Son xəbərlər
Son Xəbərlər