İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Mürşüd Babaşov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada Kamilə Qurbanovanı vurub. İdarəetmədən çıxan avtomobil daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər