Bu gün İmişli şəhərində iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə İmişli şəhər Tofiq İsmayılov küçəsində yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb liseyin həyətində olub.
Belə ki, 6 və 8-ci sinif şagirdi olan məktəblilər həyətdəki transformatorun yaxınlığında olarkən hadisə baş verib.
Bildirilir ki, cərəyan vuran 6-cı sinif şagirdi həmin məktəbdə oxuyurmuş. 8-ci sinifdə oxuyan digər yeniyetmə isə onlara qonaq gəlibmiş.
Hazırda hadisə yerində prokurorluq və digər qurumların əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.