“İmişli”dən yeni transfer

imisliden-yeni-transfer
Oxunma sayı: 280

“İmişli” heyətini Kot-d’İvuardan olan yarımmüdafiəçi Yvan Senin ilə gücləndirib. 

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Y.Senin karyerası ərzində “Abican Siti”, “Sportinq”in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın “Şimal” klubunun formasını geyinib.