“İmişli”nin yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı Domingos Sengui Hermenegildo (Picas) ilə yolları ayrılıb.
“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.
Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.
Qeyd edək ki, Picas “İmişli” ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın “Petro Luanda”, Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarında çıxış edib.
Son xəbərlər
Son Xəbərlər