İndi Xocalıya yeni həyat qayıdır... - Video

indi-xocaliya-yeni-heyat-qayidir
Oxunma sayı: 674

34 il öncə erməni quldurları tərəfindən xarabalığa çevrilən Xocalıda indi abadlıq və bərəkət var. Xocalıya yeni həyat qayıdır, uzun illər öz doğma ocaqlarından ayrı düşmüş sakinlər ata-baba yurdlarında işləyir, qurub-yaradırlar.

“Qafqazinfo” xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə köçürülərək məşğulluğu təmin olunan vətəndaşlarımızdan biri də Xocalının Seyidbəyli kəndində məskunlaşan Tahirə Ələkbərovadır. 

Xəbəri rus dilində oxuyun: Ходжалы: Дыхание новой жизни - ВИДЕО

Laçın rayonundan keçmiş məcburi köçkün olan Tahirə Ələkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı üzrə aktivlərlə təmin olunub.

T.Ələkbərova öz kiçik ailə təsərrüfatını qurmağın sevincini DOST TV ilə bölüşüb: