İnsan alverində ittiham olunan qardaşlar Rusiyada təmtəraqla qarşılandı - Video

insan-alverinde-ittiham-olunan-qardaslar-rusiyada-temteraqla-qarsilandi
Oxunma sayı: 1099

İnsan alveri və cinsi təcavüzdə ittiham olunan amerikalı bloqer Endryu və qardaşı Tristan Teyt Rusiyaya səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, sözügedən şəxsləri Moskvada fəxri qonaqlar kimi - duz-çörəklə qarşılayıblar. 

Teyt qardaşlarının Rusiyaya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün dəvət edildiyi bildirilir.  

Radikal bəyanatları və nasist simvolikasına rəğbətləri ilə tanınan qardaşların Rusiyada belə hörmətlə qarşılanması hətta hökumətə yaxın bloqerlərin də etirazına səbəb olub. Onlar belə mənfi reputasiyaya malik şəxslərin Rusiyaya gəlməsini və media məkanında təbliğ olunmasını ölkənin nüfuzuna zərbə kimi qiymətləndiriblər. 

Qeyd edək ki, Böyük Britaniyada, Rumıniyada və ABŞ-də Endryu və Tristan Teyt qardaşlarına qarşı cinsi təcavüz və insan alveri ilə bağlı çoxsaylı ittihamlar irəli sürülüb. Qardaşlar isə bütün ittihamları rədd edir və onların siyasi xarakterli olduğunu iddia edirlər. 

Daha ətraflı “Real TV”nin materialında: