“Instagram”dakı videolar bu 5 problemi yaradır

instagramdaki-videolar-bu-5-problemi-yaradir
Oxunma sayı: 417

“Instagram”da “Reels” bölməsinə girdikdə sürüşdürməyə bir dəfə başlayanda dəqiqələrin necə keçdiyini hiss etmək olmur. Əyləncəli kimi görünən bu axın əslində gözlənilməz mənfi təsirlərə yol açır. 

“Qafqazinfo” xarici mətbuta istindən xəbər verir ki, “Instagram” kimi platformalarda təqdim olunan sürətli, rəngli və fasiləsiz yenilənən məzmun istifadəçini fərqinə varmadan ekran qarşısında saxlayır. Bir video bitən kimi digərinin başlaması baxış müddətini uzadır.

Halbuki, dayanmadan “Reels” izləmək sağlamlıq baxımından o qədər də faydalı deyil.

Diqqət problemləri

Daim dəyişən sürətli məzmun beynin “tez yeni nəsə istəyirəm” vərdişinə alışmasına səbəb olur. Bu isə dərs, kitab oxuyarkən və ya işləyərkən diqqəti toplamağı çətinləşdirir.

Yuxu problemləri

Gecə yatmazdan əvvəl izlənən qısa videolar beynin sakitləşməsinə mane olur. Ekrandan gələn işıq və davamlı stimullaşma yuxuya getməyi gecikdirir. Nəticədə səhər yorğun oyanırıq və gün boyu halsızlıq baş verir.

Zaman qavrayışı

Qısa videolar sürətlə istehlak olunduğu üçün zamanın necə keçdiyi hiss olunmur. Bu isə gündəlik işlərin axsamasına və məhsuldarlığın azalmasına səbəb olur.

Dopamin asılılığı

Hər yeni video beyində kiçik bir mükafat hissi yaradır. Bu vəziyyət zamanla davamlı telefonu yoxlama istəyinə çevrilə bilər. Nəticədə insan telefonsuz qalanda daha tez darıxır.

Zehni yorğunluq

Ardıcıl çoxlu məzmun istehlak etmək beynin istirahət etməsinə imkan vermir. Davamlı informasiya axını diqqət dağınıqlığını artırır. Günün sonunda isə zehni tükənmişlik hissi yaranır.