İntihar edən qadın şantaj olunurmuş - Tanışı həbs edildi

intihar-eden-qadin-santaj-olunurmus
Oxunma sayı: 6224

Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı ibtidai araşdırma başa çatıb.

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, istintaqla Elnar Məmmədovun tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Elnar Məmmədova qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə bu il mayın 30-da rayonun Seyfəli kəndində qeydə alınıb. Belə ki, 24 yaşlı N.Məmmədovanın asılmış meyiti anası tərəfindən yaşadığı evin tövləsində aşkarlanıb.