“Apple” yeni nəsil “iPhone 18 Pro” və “Pro Max” modellərində yerləşdirəcəyi inkişaf etmiş peyk texnologiyası sayəsində zəif siqnallı ərazilərdə belə fasiləsiz bağlantı təqdim etməyə hazırlaşır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şirkət peyklərlə yerüstü mobil şəbəkələr arasında avtomatik keçid təmin edən yeni infrastruktur üzərində çalışır.
Bu sistem sayəsində istifadəçilər mobil baza stansiyalarının zəif olduğu dağlıq bölgələrdə, kənd yerlərində və magistral yollarda belə əlaqə qura biləcəklər.
Bağlantı keyfiyyətindəki böyük irəliləyişin “Apple” tərəfindən hazırlanmış yeni C2 modem və 5G NR-NTN texnologiyası ilə dəstəklənəcəyi bildirilir.
Bu texnoloji yenilik telefonların çanta içində olarkən və ya çətin hava şəraitində belə peyk siqnallarını daha dəqiq qəbul etməsinə imkan yaradacaq.
Ən yeni avadanlıqlar payızda təqdim olunacaq. Yeni smartfon seriyasında bağlantı xüsusiyyətləri ilə yanaşı, kamera təkmilləşdirmələri və fərqli rəng seçimləri də istifadəçilərə təqdim olunacaq.
Cihazların gücünü isə 2 nm istehsal texnologiyası ilə hazırlanan və yüksək enerji səmərəliliyi təqdim edən yeni nəsil A20 Pro prosessoru təmin edəcək.
Son xəbərlər
Son Xəbərlər