İqtisadçı ekspert vəfat etdi

iqtisadci-ekspert-vefat-etdi
Oxunma sayı: 1151

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Mərhum hərəkət məhdudiyyətli olub və həyatını təkərli oturacaqda keçirib.