İran ABŞ bazalarını və hərbi gəmisini hədəf aldığını açıqladı

iran-abs-bazalarini-ve-herbi-gemisini-hedef-aldigini-aciqladi
Oxunma sayı: 239

İran Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini və ABŞ-yə məxsus hərbi gəmiyə kruiz raketləri atdığını açıqlayıb.

“Qafqazinfo” İRİB-ə istinadən xəbər verir ki, pilotsuz aparatlarla təşkil edilən hücumlar ABŞ-nin Küveytdəki hərbi bazasında yerləşən rabitə sistemləri, yanacaq anbarları, “Patriot” hava hücumundan müdafiə sistemi, müşahidə qülləsi və sursat anbarını hədəf alıb.

Tehran bu hücumların ABŞ-nin İrana qarşı “təkrarlanan təcavüzünə cavab” olaraq həyata keçirildiyini bəyan edib.