“İran ABŞ ilə danışıqları aktiv şəkildə davam etdirir” - Ağ Ev

iran-abs-ile-danisiqlari-aktiv-sekilde-davam-etdirir
Oxunma sayı: 325

ABŞ administrasiyası rəsmi Tehranın hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə etməyə hazır olduğunu və tərəflər arasında dialoqun hələ də davam etdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Onun çıxışı Ağ Evin “X” sosial şəbəkəsindəki “Rapid Response 47” səhifəsində yayımlanıb.

Mətbuat katibi Vaşinqton və Tehran arasındakı təmasların davam etdiyini vurğulayıb:

“İran ABŞ ilə danışıqları aktiv şəkildə davam etdirir və bizimlə saziş imzalamaq niyyətində olduğunu bəyan edir. Tehranın bu cür bəyanatlarla çıxış etməsi ABŞ Silahlı Qüvvələrinin İran obyektlərinə endirdiyi intensiv və güclü hərbi zərbələrin nəticəsidir. Bu məsələni brifinqdən qısa müddət əvvəl şəxsən Prezident Donald Trampla müzakirə edib”.

Xatırladaq ki, bundan bir qədər əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ-ni hərbi əməliyyatların dayandırılması barədə memoranduma rəğmən zərbələr endirməkdə və bununla da “diplomatiyaya xəyanət etməkdə” ittiham etmişdi. Ötən həftənin sonundan etibarən isə Vaşinqton və Tehran Yaxın Şərqdə qarşılıqlı hərbi zərbələr endirməkdə davam edir.