İran rəhbərliyi nüvə obyektlərinin müdafiəsini gücləndirir və ABŞ-də Konqresə keçiriləcək aralıq seçkilərindən sonra Vaşinqtonla müharibənin bərpa olunması ehtimalına qarşı əhalini hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Tehran həssas nüvə obyektləri ətrafında təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb və regional rəsmilərə münaqişənin Bəsrə körfəzi sərhədlərini aşa biləcəyi barədə xəbərdarlıq edib.
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu tərəfindən təhlil edilən peyk görüntüləri göstərir ki, ötən ay İran Nətənz və Pik-Mauntin nüvə obyektləri ətrafında mümkün quru reydlərinin qarşısını almaq üçün nəhəng torpaq sədlər ucaldıb. MAQATE rəhbəri Rafael Qrossi də Pik-Mauntindəki tikinti meydançasında hərəkətliliyin olduğunu təsdiqləyib.
İranın fövqəladə planlaşdırmaya cavabdeh generalı Qolamreza Cəlali bildirib ki, ölkənin hava limanları, dəniz limanları və elektrik stansiyaları hərbi rejimə gətirilib. İran rəsmiləri ABŞ-nin yeni zərbələrinə cavabın daha dəhşətli olacağını, o cümlədən Yaxın Şərqdəki Amerika hərbi gəmilərini batırmağa və qonşu ölkələrin ərazisində quru əməliyyatlarına başlamağa hazır olduqlarını bəyan ediblər.
Son xəbərlər
Son Xəbərlər