İran Yaxın Şərqdəki ABŞ mövqelərinə qarşı cavab zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ABŞ hərbçilərinin Sistan və Bəlucistan, eləcə də Hörmüzqan əyalətlərindəki obyektlərə qarşı həyata keçirdiyi hava təcavüzünə cavab olaraq, İran İslam Respublikasının silahlı qüvvələri ABŞ-yə sarsıdıcı zərbələr endirəcək.
***
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında yayılan bəyanatda bildirilib ki, hücumlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilir.
Məlumata görə, bu addım ABŞ-nin İrandakı hədəflərə endirdiyi yeni zərbələrə cavab olaraq atılıb. SEPAH-dan qeyd olunub ki, son hücumlar İran hərbçilərinin qətiyyətini və Hörmüz boğazı üzərindəki nəzarətini daha da gücləndirib.
Cavab əməliyyatının ilk addımı olaraq İranın hava hücumundan müdafiə sistemi ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatını məhv edib. Korpus yaxın vaxtlarda əməliyyatın nəticələri barədə ətraflı məlumat verəcəyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər