İran ABŞ-ni genişmiqyaslı təxribat hazırlamaqda ittiham etdi

iran-abs-ni-genismiqyasli-texribat-hazirlamaqda-ittiham-etdi
Oxunma sayı: 642

“ABŞ hakimiyyəti İrana qarşı genişmiqyaslı təxribat hazırlayır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

Onun sözlərinə görə, məsələ ABŞ kəşfiyyat orqanlarının 2001-ci il 11 sentyabr terror aktlarına bənzər bir hücum hazırlaması ilə bağlıdır. 

“Vaşinqton hadisəyə görə İranı günahlandırmaq niyyətindədir”, - deyə o əlavə edib.