“İran ABŞ-nin “sümüklərini sındıra” bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “X” sosial media səhifəsində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai bildirib.
İranın “birləşmiş, həmrəylik və konsensusla” hərəkət etdiyini qeyd edən Rezai ABŞ-nin qarışıqlıq içində olduğunu və daim strateji səhvlər etdiyini vurğulayıb.
“İranın cəsur oğullarının, vahid və sadiq bir xalqın güclü əli sayəsində Amerikanın qırıq sümüklərinin səsi Fars və Oman körfəzindən bütün dünyanın qulağına çatacaq”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər