İran bu vaxta qədər Hörmüzə nəzarət edəcək

iran-bu-vaxta-qeder-hormuze-nezaret-edecek
Oxunma sayı: 890

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə münaqişə tamamilə başa çatana və regionda davamlı sülh bərqərar olana qədər Hörmüz boğazı üzərində nəzarəti saxlayacağını bəyan edib.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Tehran strateji su yolundan keçən nəqliyyatın hərəkətinə nəzarəti öz suverenlik haqqı kimi dəyərləndirir.

Bəyanatda vurğulanır ki, İran müharibənin bitməsinə qədər vəziyyəti izləməkdə və tranzit marşrutunu nəzarətdə saxlamaqda qərarlıdır.

Xatırladaq ki, bir gün əvvəl İsrail və Livan arasında əldə olunan atəşkəsə reaksiya olaraq, İran Hörmüz boğazını mülki gəmilərin keçidi üçün açdığını elan etmişdi. Lakin hərbi gəmilərin boğaza girişi hələ də qadağan olaraq qalır. ABŞ Prezidenti Donald Tramp bu addımı müsbət qarşılasa da, İran limanlarına tətbiq edilən dəniz blokadasının saziş tam imzalanana qədər davam edəcəyini bildirib.