“İran dövləti və xalqı ABŞ və İsrail ilə bir ay və daha uzun müddət davam edəcək hərbi qarşıdurmaya tam hazırdır”.
“Qafqazinfo” “Fars”a istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə məlumat yayıb.
Mənbə ABŞ Prezidenti Donald Trampın hərbi cəbhədə uğur qazanması ilə bağlı iddialarını rədd edərək, Ağ Ev rəhbərinin İslam Respublikasının hərbi imkanlarının miqyası qarşısında heyrətə düşdüyünü bildirib. Məlumatda həmçinin vurğulanıb ki, İran ordusu düşmənə daha ağır zərbələr endirmək iqtidarındadır və xalq uzunmüddətli müqavimətə köklənib.
Qeyd edək ki, Trampın martın 17-də qələbə elan etməsinə baxmayaraq, Tehranın strateji Hörmüz boğazını bütün gəmilər üçün qapalı saxlaması qlobal neft bazarlarını sarsıtmağa davam edir.
Son xəbərlər
Son Xəbərlər