Həftələrdir davam edən ABŞ hərbi blokadası səbəbindən iqtisadi çətinliklərlə üzləşən İran Hörmüz boğazında balansı dəyişdirmək üçün radikal müdafiə strategiyalarını nəzərdən keçirir. Bu strategiyalar arasında minalanmış delfinlər və sualtı qayıq əməliyyatları diqqət çəkir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ ilə gərgin atəşkəs şəraitində sərt xətt tərəfdarı İran qrupları neft ixracının blokadasını “müharibə elanı” kimi qiymətləndirirlər.
Tehran administrasiyası blokadanı pozmaq üçün əvvəllər istifadə olunmamış hərbi metodları tətbiq etməyi planlayır. Ən diqqətçəkən planlardan biri bölgədəki ABŞ hərbi gəmilərinə qarşı mina daşıyan təlim keçmiş delfinlərdən istifadə etməkdir.
Məlumata görə, İranın müdafiə strategiyası yalnız canlı sursatla məhdudlaşmır. İnqilab Keşikçiləri strateji su yollarına sualtı qayıqlar yerləşdirir və boğazdan keçən vacib telefon və internet kabellərini kəsərək, qlobal rabitəni pozmaqla hədələyir.
Son xəbərlər
Son Xəbərlər