“İsrail Dövləti dərhal tanınacaq”.
“Qafqazinfo”nun xəbərinə görə, bunu İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi İslam Respublikasının süqut edəcəyi təqdirdə təsis olunacaq yeni İranla bağlı prioritetləri açıqlayarkən deyib.
“Diplomatiyada ABŞ ilə münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluğumuz bərpa olunacaq. İsrail Dövləti dərhal tanınacaq. Biz İbrahim Sazişlərinin genişləndirilməsini, azad İran, İsrail və Ərəb dünyasını bir araya gətirərək Kir Sazişlərinə çevrilməsini davam etdirəcəyik.
Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir fəsil başlayacaq”.
Son xəbərlər
Son Xəbərlər