İran “Şahed”lə ABŞ-nin helikopterinə hücum edib - KİV

iran-sahedle-abs-nin-helikopterine-hucum-edib
Oxunma sayı: 452

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “AH-64 Apache” helikopterinə hücum etdiyini açılayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, təyyarədə iki pilot olub və onlardan heç biri xəsarət almayıb.

CNN ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb ki, helikopterə hücum İranın “Şahed” kamikadze pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib.