“İran ballistik raketlərlə Ukrayna ərazisinə zərbə endirməyi planlaşdırır”.
“Qafqazinfo” xəbər verir ki, bu iddianı Ukraynanın “Insider” teleqram kanalı yayıb.
Bildirilib ki, İran yaxın iki gün ərzində Ukraynaya üç raketlə zərbə endirməyi planlaşdırır. Bununla belə, bu məlumatın rəsmi təsdiqinin olmadığı qeyd olunub.
Nəşr həmçinin İranın sahib olduğu ballistik raketlərin zərbə radiusunu əks etdirən xəritə dərc edib. Paylaşımda İranın “Xürrəmşəhr” adlı ortamənzilli ballistik raketə malik olduğu və Ukraynanın Polşa ilə sərhəddəki qərb bölgələri istisna olmaqla, ərazisinin böyük hissəsinin vurula biləcəyi vurğulanıb.

Son xəbərlər
Son Xəbərlər