“İrana görə oğlumun toyuna getməyə bilərəm” - Video

irana-gore-oglumun-toyuna-getmeye-bilerem
Oxunma sayı: 309

“İranla müharibə səbəbindən oğlumun toyuna getməyə bilərəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, İranla bağlı davam edən gərginlik səbəbindən şəxsi planları, o cümlədən, ailə tədbirlərində iştirakı çətinləşə bilər.

Belə ki, Trampın böyük oğlu bu həftə sonu Baham adalarında Bettina Andersonla evlənəcək. Lakin Prezident bildirib ki, hazırkı siyasi vəziyyət səbəbindən tədbirə qatılıb-qatılmayacağı hələ də qeyri-müəyyəndir.

Tramp mərasimin kiçik və şəxsi xarakter daşıdığını qeyd edib: “O, mənim gəlməyimi istəyir. Mən də getməyə çalışacağam”.

O əlavə edib ki, İranla bağlı vəziyyət onun gündəmini sıxlaşdırıb: “Mən ona dedim ki, bu, mənim üçün uyğun vaxt deyil. İran məsələsi və digər problemlərim var”.

Tramp bildirib ki, iştirak edib-etməməsindən asılı olmayaraq, tənqidlərdən yayınmağın mümkün olmadığını düşünür: “Bu, uduzduğum vəziyyətdir. Getsəm də, tənqid olunacağam, getməsəm də. Xüsusilə saxta media tərəfindən”.

ABŞ Prezidenti oğluna xoşbəxt evlilik arzularını çatdırıb.