“Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısında deyib.
“Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir. Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir. İrana lazımi xəbərdarlıqlar edilib”, - deyə dövlət başçısı bildirib.
Son xəbərlər
Son Xəbərlər