“Vaşinqton İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirməyə hazırlaşır”.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset bildirib.
Məlumata görə, o bu açıqlamanı Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə keçirilən mətbuat konfransında verib.
Heqset qeyd edib ki, Prezidentin göstərişi ilə Yaxın Şərqdə əməliyyatlar çərçivəsində bu günədək ən genişmiqyaslı hava zərbələri endiriləcək və növbəti gün daha intensiv hücumlar davam edəcək:
“ABŞ ordusu ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün istənilən vaxt və istənilən bölgədə fəaliyyət göstərməyə hazırdır. ABŞ hava məkanına tam nəzarət edir və əməliyyatları dəqiq şəkildə həyata keçirir. Bundan sonrakı addım İranın seçimindən asılı olacaq və Vaşinqtonun mövqeyi ciddi qəbul edilməlidir”.
Son xəbərlər
Son Xəbərlər