ABŞ Prezidenti Donald Tramp İranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp bu açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı verib.
“Gələn məlumatlara görə, İran yenidən güclənməyə çalışır. Əgər bu baş verərsə, onların qarşısı qətiyyətlə alınmalıdır”, – o vurğulayıb.
O, eyni zamanda, Tehrana Vaşinqtonla razılaşma yolunu seçməyi tövsiyə edib.
Son xəbərlər
Son Xəbərlər